PDF Oxu

Dünya

  • 689

Pentaqon Yəmənə hərbi yardımı artıracaq

Pentaqon Yəmənə hərbi yardımı artıracaq
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Müdafiə Nazirliyi 2011-ci ildə Yəmənə il ərzində 250 milyon dollar hərbi yardım etməyi təklif edib. 2010-cu ildə ABŞ Yəmənə 155 milyon dollar məbləğində hərbi yardım ayırmışdı. Buraya silah-sursatla yanaşı, vertolyotlar və digər hərbi ləvazimatlar da daxil idi. 2011-ci ildə ABŞ tərəfindən Yəmənə ediləcək hərbi yardımın məbləği, hələlik, məlum deyil. Ancaq Pentaqonun rəsmi dairələri gələn il Yəmənə ümumi həcmi 350 milyondan 500 milyonadək hərbi yardım ayırmaq niyyətindədir. 2010-cu ildə Yəmənə ayrılmış 300 milyon dollar hərbi yardımın 150 milyon dolları ABŞ Dövlət Departamenti tərəfindən iqtisadi inkişaf proqramı və digər layihələr üçün nəzərdə tutulmuşdur. Pentaqon gələn il Yəmənə ayrılmış hərbi yardımı "Əl-Qaidə" terrorçu qruplaşması ilə mübarizə üçün sərf edilməsini nəzərdə tutur. Xatırladırıq ki, "Əl-Qaidə" terrorçu qruplaşması Dubaydan ABŞ-a partlayıcı qurğular keçirməyə nail olmuşdur. 2010-cu ilin avqustunda Mərkəzi Kəşfiyyat İdarəsi "Əl-Qaidə"nin fəaliyyətini ABŞ-ın təhlükəsizliyi üçün qorxulu hesab etmişdir. Xatırladırıq ki, Yəməndə fəaliyyət göstərən "Ərəb yarımadasında əl-Qaidə" terrorçu qruplaşması "Əl-Qaidə"nin yerli qanadı kimi çıxış edir.

Digər xəbərlər