PDF Oxu

Dünya

  • 812

İndoneziyada 300 nəfər vulkan və sunami qurbanına çevrilib

İndoneziyada 300 nəfər vulkan və sunami qurbanına çevrilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İndoneziyada fəaliyyətdə olan Merapi vulkanının püskürməsi nəticəsində qurbanların sayı 100 nəfəri ötüb keçmişdir. Noyabrın 5-nə keçən gecə təbii fəlakət nəticəsində 102 nəfər həlak olmuşdur. Vulkanın yaratmış olduğu kül son saatlarda 58 nəfərin evinə səpilmiş və onları məhv etmişdir. Xilasedicilərin məlumatına görə, bir çox qurbanlar yuxudan oyanmağa da macal tapmamışdır. Ölənlərin əksəriyyətinin cəsədləri vulkan yaxınlığındakı Gendol çayından tapılmışdır. Vulkan ətrafındakı kəndlərin bir neçəsində hərarət çox yüksək olduğundan, xilasedicilik əməliyyatları başlamamışdır. Meyitləri yaşayış məntəqələrindən İndoneziya hərbçiləri yığışdırır. Merapi vulkanı oktyabrın 26-sında püskürməyə başlamışdır. İndoneziya hakimiyyət dairələri oktyabrın 25-dən əhalini vulkan ətrafından evakuasiya etməyə başlamışdır. Daha 200 nəfər sunaminin qurbanına çevrilmişdir. İndiki vulkan püskürməsi 1930-cu ildə qeydə alınmış vulkan püskürməsi ilə müqayisə edilir. O vaxt 1300 nəfər həlak olmuşdu.

Digər xəbərlər