PDF Oxu

Dünya

  • 839

Gürcüstanda 4 Rusiya casusu saxlanıb

Gürcüstanda 4 Rusiya casusu saxlanıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstanda casusluqda şübhəli bilinən 13 nəfərin 4-ü Rusiya vətəndaşı olmuşdur. "Gürcüstan Online"nin məlumatına görə, saxlanılan şəxslər ölkənin müdafiə nazirliyinin silah alqı-satqıları və eləcə də, respublikanın digər güc strukturları haqda məlumat toplayırdılar. Saxlanılanların bir neçəsinin adları açıqlanmışdır. Batumi şəhərindən olan sahibkarlar Armen Gevorkyan, Ruben Şikoyan və yerli mehmanxana əməkdaşı Ruslan Qaloqranın adı çəkilir. Gürcüstanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şota Utiaşvili saxlanılanlar arasında Gürcüstan vətəndaşlarının da olduğunu bildirmişdir. Rusiyanın Xarici İşlər Nazirliyi bu yöndə məlumata malik olmadığını bəyan edib. Son illərdə Gürcüstanda analoji məsələlərlə bağlı bir neçə cinayət işi başlanmışdır. 2006-cı ilin sentyabrında Tbilisidə bir neçə Rusiya vətəndaşı əleyhinə cinayət işi qaldırılmışdı. Bir müddət sonra onların hamısı Rusiya tərəfə təqdim edilmişdi.

Digər xəbərlər