PDF Oxu

Dünya

  • 887

Əhmədinejad sionist rejiminə ölüm arzulayıb

Əhmədinejad sionist rejiminə ölüm arzulayıb
"Haaretz" qəzetinin yazdığına görə, oktyabrın 14-də İran prezidenti Mahmud Əhmədinejad Livanda əhali qarşısında çıxışı zamanı "Hizbullah" hərəkatı üzvlərini qəhrəman adlandırmış, İsrailin sionist rejiminə isə bəla və müsibətlər arzulamışdır. İran prezidenti Livanın İsrail sərhədində yerləşən Bint Cibeyl şəhərciyində "Hizbullah" radikal hərəkatının möhkəmləndiyi bölgədə çıxış etmişdir. M.Əhmədinejad yerli əhalini "işğalçılara müqavimət" göstərdiyi üçün tərifləmişdir. Onun dediyinə görə, "Hizbullah" hərəkatı tərəfdarları Livanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə bərkimiş qəhrəmanlardır. "Livan xalqının müqaviməti Allaha inam üstündə kökləndiyindən, onlar İsrailin tanklar, təyyarələr və gəmilərlə hər cür hücumuna layiqli cavab verəcəklər" deyə İran prezidenti çıxışında bildirmişdir. O, Livan əhalisinin dünyaya sionistlərin ölümə layiq olduqlarını sübut etdiklərini vurğulamışdır. M.Əhmədinejad Livan əhalisinin yaşamaqda davam etdiyini və digər Yaxın Şərq ölkələrinə nümunə olduğunu demişdir. İran prezidenti sözünün bu yerində öz sevdiyi ifadələri bir daha işlətməyi lazım bilmişdir: "Qoy bütün dünya bilsin ki, tez, ya gec sionistlər məhv olacaqlar." İran prezidenti M.Əhmədinejad Livanda rəsmi səfərini davam etdirməkdədir. Livan əhalisinin üçdə birini təşkil edən şiələr İran prezidentini "müqavimət hərəkatı müdafiəçisi" adlandırırlar. İsrail və ABŞ-da M.Əhmədinejadın Livan sərhədi yaxınlığındakı görüşlərinin təxribat xarakterli olduğu bildirilir. "Əl-Cəzirə" telekanalının məlumatına görə, İran prezidentinin sərhəd yaxınlığında çıxışı zamanı havaya bir neçə İsrail hərbi vertolyotları qaldırılmışdır. Buna cavab olaraq Livan tərəf də havaya bir neçə vertolyot qaldırmışdır.

Digər xəbərlər