PDF Oxu

Dünya

  • 956

Çin kommunistləri söz və mətbuat azadlığı tələb edir

Çin kommunistləri söz və mətbuat azadlığı tələb edir
Britaniyanın "Qardian" qəzetinin yazdığına görə, Çin Kommunist Partiyası veteranları başda Mao Tsze Dun partiyasının keçmiş birinci katibi Li Rui olmaqla hökumət başçılarına ünvanladıqları məktubda onların təşviqat sahəsindəki siyasətləri ilə razı olmadıqlarını bildirmişlər. Qocaman Çin kommunistlərinin bu cür davranmalarının səbəbi senzorların ölkədə aparılacaq islahatlarla əlaqədar Çinin baş naziri Wen Tszyabaonun oktyabrın 3-də Amerika telekanalı "CNN"-ə verdiyi müsahibədən müəyyən ifadələri çıxarmaları olmuşdur. Mətnin müəllifləri hökumət rəsmilərini Çinin kütləvi informasiya vasitələri üzərinə qoyulan senzuranı yumşaltmağa və ölkə konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulan söz və mətbuat azadlığını təmin etməyə çağırmışlar. "Hətta hökumətimizin sədri də azad surətdə söz demək imkanına malik deyildir" deyə kommunistlər təəccübləndiklərini bildirmişlər. 500 nəfər tanınmış jurnalist, alim və ictimai xadimin imza atdığı rəsmi məktub Çin Kommunist Partiyası rəhbərliyinə oktyabrın 15-də təqdim olunsa da, internet vasitəsilə Çinin bütün bölgələrinə yayılmışdır. "Jemin Jibao" qəzetinin keçmiş baş redaktoru Xu Tsziveyin verdiyi bəyanata görə, hakimiyyət dairələri məktubun surətini məhv etsələr də, həqiqəti məhv edə bilməyəcəklər. Çinin keçmiş baş memarı Syao Mo Çin Kommunist Partiyasının müasir təşviqat şöbəsini "sərsəm mühafizəkarlar" kimi xarakterizə etmiş və bu cür ideoloqların tezliklə samballı cavab alacaqlarını bildirmişdir.

Digər xəbərlər