PDF Oxu

Dünya

  • 861

Taliblər Həmid Kərzayi ilə danışıqların şayiə olduğunu bildirir

Taliblər Həmid Kərzayi ilə danışıqların şayiə olduğunu bildirir
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Taliban" hərəkatı nümayəndələri Əfqanıstan prezidenti Həmid Kərzayi administrasiyası ilə sülh danışıqları aparmadıqlarını bəyan etmişlər. Amerika informasiya vasitələri taliblərin bu bəyanatlarını öz internet-saytlarından birində yerləşdirdiklərini bildirmişlər. Əfqanıstan hökumətinin taliblərlə məxfi danışıqlar apardığı haqda informasiya oktyabrın əvvəllərində yaymağa başlamışdır. Danışıqlar prosesinə yaxın olan mənbənin bəyanatına görə, tərəflər uzun illər ərzində baş verməkdə olan qarşıdurmanı ciddiyyətlə aradan qaldırmaq niyyətində olmuşlar. Danışıqların aparılması faktı oktyabrın 11-də Həmid Kərzayi tərəfindən "CNN" telekanalında təsdiq edilmişdir. Məlumatda deyilir ki, danışıqlarda radikal qruplaşmanın lideri olan Məhəmməd Ömərlə birlikdə "Taliban"ın tanınmış nümayəndələri və "Kvetta Şura" Əfqanıstan silahlı qruplaşmasının üzvləri iştirak edirlər. 2010-cu ilin martında kütləvi informasiya vasitələri yazırdılar ki, Əfqanıstan hökuməti taliblərlə gizli danışıq aparır. "Taliban" hərəkatı liderləri heç vaxt bu səpkili danışıqlarda iştirak etmədiklərini bəyan etmişlər. Onların dediklərinə görə, xarici ölkələrin silahlı qüvvələri Əfqanıstan ərazisindən çıxarılmayacağı təqdirdə, hökumət nümayəndələri ilə heç bir danışıq aparmayacaqlar.

Digər xəbərlər