PDF Oxu

Dünya

  • 756

ABŞ-da erməni fırıldaqçısı həbs edilib

ABŞ-da erməni fırıldaqçısı həbs edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-da keçmiş SSRİ vətəndaşlarından təşkil edilmiş və tibbi sığorta sahəsində fırıldaçılıqla məşğul olan cinayət qrup ifşa edilmişdi. Polisin məlumatına görə, Kaliforniyada yaşayan və qrupa başçılıq edən 46 yaşlı "qanun oğrusu" erməni Armen Kazaryan həbs edilmişdir. Məhkəmə A.Kazaryanı zəmanətə buraxmaqdan imtina etmişdir. Cinayətkar qrup üzvləri "Medicare" tibbi sığorta cəmiyyətini 163 milyon dollar məbləğində aldatmağa cəhddə ittiham edilirlər. Qrup üzvləri sığorta ödənişləri almaq üçün gerçəklikdə mövcud olmayan tibb klinikaları "yaratmışlar". Guya onlar bu klinikalarda ehtiyac içində yaşayanları pulsuz müalicə edirlər. Əlbəttə, burada söhbət fırıldaqçıların ABŞ-da mövcud olan tibb müəssisələrinin bəzi həkimlərini satın almalarından gedir. 73 qrup iştirakçısı ittiham edilmişdir. Həbslər Nyu-York, Los-Anceles, Oqayo, Corciya və Nyu-Meksiko ştatlarında başlanmışdır. Müstəntiqlər 34 yaşlı David Mirzoyan və 35 yaşlı Robert Tercanyanı da qrup liderləri sırasına daxil etmişlər. İttiham aktında göstərilir ki, qrup üzvləri həm də qaçaqmalçı siqaret ticarəti, əldəqayırma "Viaqra" oyunu və oğurlanmış kredit kartları satışı ilə məşğul olmuşlar.

Digər xəbərlər