PDF Oxu

Dünya

  • 762

Polis nümayişçiləri Afina Akropolundan çıxarıb

Polis nümayişçiləri Afina Akropolundan çıxarıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Afina polisi şəhərin görməli yerlərindən biri olan Akropolu blokadaya alan onlarla nümayişçini qovmağa nail olmuşdur. Nümayişçilər Akropolun giriş hissəsini blokadaya alıb, turistlərin oraya daxil olmalarına maneçilik törədirdilər. Polislər mədəniyyət abidəsi ərazisinə yan qapılardan daxil olmuşlar. Gözyaşardıcı qazların tətbiq edildiyi əməliyyat zamanı bir nəfər həbs edilmişdir. Akropol ətrafında nümayiş oktyabrın 13-də Yunanıstan Mədəniyyət Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Nümayişçilər hökumət nümayəndələrinin qısamüddətli müqavilələr əsasında işləyən 320 əməkdaşının işdən azad edilməsi planlarına öz kəskin etirazlarını ifadə edirdilər. Onlar tələb edirdilər ki, hökumət nümayəndələri əməkdaşların 5 milyon avro həcmində olan borcunu təcili olaraq qaytarmalıdırlar. Hakimiyyət dairələri mədəniyyət nazirliyinin əməkdaşlarının ixtisarı proqramını büdcə defisitinin yüksəldilməsi məqsədilə gerçəkləşdirmək istəyirdilər. Bu proqrama əsasən, əməkdaşların əmək haqlarının azaldılması və vergilərin artırılması da nəzərdə tutulurdu. Bu günlərdə Yunanıstanın dəmiryol nəqliyyatı əməkdaşlarının da tətili keçirilirdi. Əməkdaşlar dəmiryol operatorunun borc müqabilində özəlləşdirilməsi əleyhinə çıxırlar.

Digər xəbərlər