PDF Oxu

Dünya

  • 805

Merkel İran rəhbərliyindən alman jurnalistlərinin azadlığa buraxılmasını tələb edib

Merkel İran rəhbərliyindən alman jurnalistlərinin azadlığa buraxılmasını tələb edib
"Doyçland Funk" qəzetinin yazdığına görə, Almaniya kanseleri Angela Merkel İran hökumətindən islam inqilabının düşmənləri ilə əlaqədə suçlu bilinən iki alman jurnalistini azadlığa buraxmağı tələb etmişdir. Buxarestdə keçirilən mətbuat konfransında çıxış edən kansler hər iki vətəndaşın azadlığa buraxılmasında maraqlı olduğunu bildirmişdir. "Frans Press" agentliyinin məlumatına görə, A.Merkel bu ifadəsi ilə, dolayı yolla da olsa, həbs edilən şəxslərin AFR vətəndaşları olduğunu təsdiq etmişdir. Agentlik məlumat verir ki, söhbət alman kütləvi informasiya vasitələrində çalışan bir fotoqraf və bir jurnalistdən gedir. "Doyçland Funk" yazır ki, hər iki jurnalist "Bild" qəzetində işləmişlər. Onlar İrana ilk dəfədir ki, səfərə çıxırdılar. İranın Xarici İşlər Nazirliyinin mətbuat katibinin məlumatına görə, həbs edilən şəxslər almandırlar. AFR-in Daxili İşlər Nazirliyi bu informasiyanı təsdiq etməmişdir. Bununla yanaşı isə, göstərilir ki, Almaniyanın Tehrandakı səfirliyi baş verən hadisələri fəal surətdə araşdırmağa çalışır. Jurnalistlər oktyabrın 10-da Təbrizdə həbs edilmişlər. İran hökuməti onların heç bir jurnalist akkreditasiyası sənədi təqdim etmədən adi turist görkəmində İrana gəldiklərini və 43 yaşlı Səkinə Aştinainin oğlundan müsahibə götürmək istədiklərini bildirmişdir. Xatırladırıq ki, S.Aştinai ərinə xəyanət etməkdə daşqalaq cəzasına məhkum edilmişdir. Bu hadisə ilə əlaqədar yaranmış qalmaqaldan sonra İran hökuməti hökmün icrasını təxirə salmışdır.

Digər xəbərlər