PDF Oxu

Dünya

  • 823

Kim Çen İrin həyatına sui-qəsd cəhdi edilib

Kim Çen İrin həyatına sui-qəsd cəhdi edilib
Oktyabrın 13-də "Çoson İlbo" Cənubi Koreya qəzetinin yazdığına görə, KXDR liderinin kiçik oğlu Kim Çon In böyük qardaşı Kim Çon Nama qarşı sui-qəsd hazırlamışdır. Qəzet yazır ki, sui-qəsd planı 2009-cu ilin yanvarından hazırlanmağa başlamışdır. Həmin vaxt KXDR liderinin böyük oğlu atasının vərəsəsi təyin edilmişdi. Kiçik oğul və onun ətrafı belə hesab edirdi ki, "Xarici ölkələrdə dilini dinc saxlamayan Kim Çon Nama qarşı nəsə bir tədbir görmək lazımdır". "Çoson İlbo" qəzeti yazır ki, kiçik oğlu sui-qəsd fikrindən Çinin hakimiyyət dairələri öz ardıcıl təzyiqləri ilə çəkindirmişlər. KXDR liderinin böyük oğlu son bir neçə il ərzində Çinin Makao əyalətinin Şanxay şəhərində yaşayır. Burada Kim Çon Namın yüksək vəzifəli məmurlarının "qızıl gənclər" adı altında tanınan övladları ilə geniş əlaqələri vardır. Qəzetin yazdığına görə, Kim Çon Nam Çində yaşamaq istəyir və heç vaxt KXDR-ə qayıtmaq fikrində deyil. Kim Çon Nam bir müddət atası KXDR lideri Kim Çen İrin mümkün varisi hesab edilmişdir. Ancaq 2001-ci ildə, o, atasının qəzəbinə tuş gəlmiş və ölkə ərazisini tərk etmişdir. Cari ilin sentyabrında Pxenyanda iqtidarda olan Koreya Əmək Partiyasının konfransı keçirilmişdir. Həmin konfransda KXDR liderinin kiçik oğlu Kim Çon In atasının rəsmi varisi elan edilmişdir.

Digər xəbərlər