Medvedev və Putinə insan hüquqlarına riayət etmək tövsiyə edilib
"Doyçland Funk" nəşrinin yazdığına görə, "Amnestu İnternational" (Aİ) beynəlxalq hüquq- müdafiə təşkilatı alman şöbəsinin nümayəndələri Rusiya Federasiyasına beşgünlük rəsmi səfərə çıxmış Almaniya Federativ Respublikasının federal prezidenti Kristian Vulfa müraciət edərək, danışıqlar əsnasında Moskva rəsmilərinə insan hüquqlarına riayət edilməsi haqda məsələyə müsbət münasibət göstərməyi məsləhət görməsini xahiş etmişlər. Aİ-nin alman seksiyasının başçısı Monika Lyukenin dediyinə görə, Rusiya Federasiyasında insan hüquqlarına riayət edilmə vəziyyəti ağırlaşmaqda davam edir, hüquq-müdafiə təşkilatları nümayəndələri və jurnalistlərin qətlə yetirilmələri cəzasız qalmaqda davam edir. M.Lyukenin dediyinə görə, bu sahədə vəziyyəti müsbətə doğru dəyişmək üçün, ilk növbədə, RF-də ədalətli və müstəqil məhkəmə sistemi formalaşdırmaq lazımdır.
AFR federal prezidenti Kristian Vulf RF-yə oktyabrın 11-də getmişdir. "DW-WORLD"-un qeydinə görə, K.Vulfun səfəri "Modernləşdirmə naminə Rusiya ilə əməkdaşlıq" devizi altında keçirilir. Beş gün ərzində K.Vulf onun doğma şəhəri Osnabryukla qardaşlaşmış şəhərlər olan Moskva, Sankt- Peterburq, Ulyanovsk və Tverə səfər edəcəkdir. K.Vulf Rusiya prezidenti Dmitri Medvedev, baş nazir Vladimir Putin, Moskva və eləcə də, bütün Rusiyanın patriarxı Kirillə, o cümlədən, Rusiyanın hüquq-müdafiə təşkilatlarının rəhbərləri ilə görüşlər keçirəcəkdir.