PDF Oxu

Dünya

  • 929

BMT komitəsi Belarus müxalifətçisini dəstəkləyir

BMT komitəsi Belarus müxalifətçisini dəstəkləyir
"Kommersant" qəzetinin yazdığına görə, BMT-nin insan hüququ üzrə komitəsi oğurluqda ittiham edilərək, azdlıqdan məhrum edilmiş Belarus müxalifətçisi Mixail Mariniç haqda qərar qəbul etmişdir. Təşkilat nümayəndələri Belarus məhkəməsinin ədalətsiz qərar çıxardığını qeyd etmiş və M.Mariniçin istintaq zamanı işkəncələrə məruz qaldığını bildirmişlər. 2004-cü ildə M.Mariniç Belarusun xarici iqtisadi əlaqəlar naziri olarkən, Minskdə ABŞ səfirliyindən bir neçə kompyuter oğurlamaqda ittiham edilmişdir. ABŞ səfirliyi rəsmiləri oğurluq versiyasını təkzib etsələr də, Belarus hökuməti M.Mariniçin üzərindən ittiham aktını götürməmişdir. M.Mariniç 2004-cü ilin dekabrında 5 il müddətinə azadlıqdan məhrum edilmiş və ciddi rejimli koloniyaya düşmüşdür. M.Mariniç həbsxanadan vaxtından əvvəl-2006-cı ildə çıxmışdır. Onun verdiyi bəyanata görə, o, həbsxanada siyasi motivlər əsasında təqiblərə məruz qalmışdır. M.Mariniç 2001-ci ildə Belarus prezidentliyinə namizədliyini irəli sürmək istəsə də, onu MSK-da qeydiyyata götürməmişlər. Bundan sonra o, "Yeni Belarus Uğurunda" bloku yaradıb, Moskvada qeydiyyatdan keçirmişdir. Belarus hökuməti M.Mariniçi Rusiyadan maliyyə yardımı almaqda ittiham etmişdir. Hökumət nümayəndələrinin dediklərinə görə, maliyyə dəstəyini ona Rusiyanın hakimiyyət dairələri göstərirlər. BMT komitəsi həbsxanada sağlamlıq durumu pisləşən müxalifətçi M.Mariniçi müalicə etməyi və ona dəyən zərəri ödəməyi Belarus hökumətindən tələb etmişdir. Belarusda yerli Helsinki Vətəndaş Assambleyasını təmsil edən Harri Poqonyaylo hakimiyyət dairələrinin BMT komitəsinin qərarına əməl edəcəyinə şübhə ilə yanaşdığını bildirmişdir. Belarus hökuməti BMT komitəsinin qərarının tövsiyə xarakterində olduğunu bəhanə gətirərək, onun tələblərinə əməl etməyəcəyini bəyan etmişdir.

Digər xəbərlər