PDF Oxu

Dünya

  • 691

ABŞ Konqresinə seçkilərin xərci olduqca çox olacaq

ABŞ Konqresinə seçkilərin xərci olduqca çox olacaq
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın qanunvericilik orqanına keçiriləcək növbəti aralıq seçkiləri ölkə tarixinə ən bahalı seçkilər kimi düşəcəkdir. "Center for Responsive Politics" analitik təşkilatın hesablamalarına əsasən, namizədlər öz təşviqatları üçün 3,4 milyard dollaradək xərcləməli olacaqlar. 2006-cı il analoji seçkilər zamanı ümumi xərc 2,9, 2002-ci il seçkilərində isə 2,2 milyard dollar olmuşdur. Xərclərin artmasının səbəbi kimi qəbul edilmiş yeni qanun layihəsinin müddəaları göstərilir. Bu qanun layihəsinə əsasən, namizədlərin dəstəklənməsinə heç bir məhdudiyyət qoyulmur, müstəqil kampaniyaların anonim sponsorluğuna şərait yaradılır. Sözsüz ki, namizədlər əleyhinə də bu cür səslərin verilməsi nəzərdə tutulur. ABŞ-da keçiriləcək növbəti aralıq seçkilərində Nümayəndələr Palatasının 435 üzvü və 37 senator seçiləcəkdir. Hazırda ABŞ parlamentinin hər iki palatasında əksər səs çoxluğu Demokratlar Partiyasına məxsusdur. Ancaq növbəti seçkilərdə üstünlüyün Respublikaçılar Partiyasının nümayəndələrinə keçəcəyi gözlənilir. Keçirilən son sorğuların nəticələri də bu faktın doğruluğunu sübut etməkdədir. ABŞ-da seçki kampaniyaları ölkə vətəndaşları və təşkilatların ianələri əsasında maliyyələşdirilir. Dövlətin maliyyə yardımı isə yalnız prezidentliyə namizədlərə ayrılır. ABŞ-da seçkilər noyabrın 2-də başlanacaqdır.

Digər xəbərlər