PDF Oxu

Dünya

  • 933

Meksika prezidenti Kaliforniya qanun layihəsini tənqid edib

Meksika prezidenti Kaliforniya qanun layihəsini tənqid edib
Meksika prezidenti Felipe Kalderon "leqalayz" adlandırılan kiçik miqdarda marixuananın leqallaşdırılmasına icazə verən Kaliforniya qanun layihəsini kəskin tənqid atəşinə tutmuşdur. "The Los Anceles" qəzetinin yazdığına görə, Meksika prezidenti qonşu ştatın bu cəhdinin onun təmsilçisi olduğu ölkənin narkomafiya ilə mübarizəsinə xələl gətirə biləcəyini bildirmək istəyir. "Amerika ictimaiyyətinin marixuanadan tibbi məqsədlər üçün istifadəsini loyallaşdırılması cəhdi cəfəngiyyatdan başqa bir şey deyildir" deyə Meksika prezidenti bildirir və öz amerikalı həmkarlarından məsələyə tamamilə başqa cür yanaşmalarını gözləyir. "Məncə, amerikalıların Meksika fermerlərini, öz aclıqlarını dəf etmək üçün Şimali Amerika bazarı üçün marixuana yetişdirməkdə ittiham etməyə ixtiyarları yoxdur" deyə F.Kalderon bildirmişdir. Kaliforniya qanunvericilərinin öz qanun layihələrində etdikləri 19 nömrəli düzəliş marixuanadan tibbi məqsədlərlə kiçik miqdarda istifadəni leqallaşdırmaları hökumətin ciddi nəzarəti altında həyata keçirilməsini nəzərdə tutur. Bu qanun layihəsi ABŞ və Meksikada ciddi mübahisələrə səbəb olmuşdur.

Digər xəbərlər