PDF Oxu

Dünya

  • 544

Nobel sülh mükafatı Çin dissidentinə verilib

Nobel sülh mükafatı Çin dissidentinə verilib
ABŞ prezidenti Barak Obama 2010-cu il Nobel sülh mükafatına layiq görülmüş hüquq müdafiəçisi Lyu Syaobonun azadlığa buraxılmasını Çin rəhbərliyindən tələb etmişdir. "Assoşieyted Press"in məlumatına görə, B.Obama həbsxanaya salınmış dissidenti "natiq və əzmkar şəxs", o cümlədən, insan hüququ və demokratiya müdafiəçisi kimi xarakterizə etmişdir. ABŞ prezidenti Lyu Syaobonu "öz əqidəsi naminə özünü qurban verən şəxs" adlandırmışdır. 2009-cu ildə Nobel sülh mükafatı laureatı adını qazanmış B.Obama demişdir ki, Çin iqtisadiyyat və vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi yönündə ciddi uğurlar qazanmışdır. ABŞ prezidenti demişdir ki, L.Syaoboya Nobel sülh mükafatı təqdim edilməsi onu göstərir ki, Çinin siyasi sistemindəki islahatlarda və insan hüquqlarının qorunmasında ciddi uğursuzluqları vardır.

Digər xəbərlər