PDF Oxu

Dünya

  • 874

Qərbi Macarıstanı alüminium tullantıları basıb

Qərbi Macarıstanı alüminium tullantıları basıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, alüminium zavodunda baş vermiş qəzanın nəticələrini aradan qaldırmaqla məşğul olan Macarıstan mütəxəssisləri Dunay çayına çoxlu miqdarda zəhərli maddələrin axıdılması haqda məlumatları təkzib etmişlər.
Xilasedici Tibor Dobsonun dediyinə görə, tullantılar çaya düşdükdən sonra suyun turşluğunun səviyyəsi 8-8,2 həddində olmuşdur. Bu, adi 9 həddindən bir qədər aşağı olsa da, normal hesab edilir. "Bu faktlar adamda ümid hissləri oyadır. Hələlik, Dunay o qədər də çirklənməyib" deyə mütəxəssis bildirmişdir. Onun dediyinə görə, xilasedicilər zəhərin neytrallaşdırılmasının qarşısını almaqda davam edirlər.
Əvvəllər verilən məlumata görə, zavod ətrafındakı 40 kvadrat kilometr ərazi qırmızı şlam maye məhsulu altında qalmışdır. Bu məhlul alüminium tullantılarından ibarətdir.
Macarıstan müəssisələrində şlam xüsusi çənlərdə saxlanılırdı. Çənlərin partlaması nəticəsində 4 nəfər həlak olmuş, 3 nəfər itkin düşmüş, onlarla adam kimyəvi yanıq almış, minlərlə ailə evlərini tərk etməli olmuşdur.
Xilasedicilər zəhərli ləkənin genişlənməsinin qarşısını almaq üçün əllərindən gələni əsirgəmirlər. Macarıstanda fövqəladə vəziyyət elan edilmişdir və Avropa Birliyi ölkələrindən yardım istənilmişdir.

Digər xəbərlər