PDF Oxu

Dünya

  • 955

Sarkozi pensiya islahatlarının dəyişilməsinə razılıq verib

Sarkozi pensiya islahatlarının dəyişilməsinə razılıq verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransa prezidenti Nikolya Sarkozi ölkə ictimaiyyətinin narahatlığına səbəb olan pensiya islahatlarının dəyişdirilməsinə razılıq vermişdir. Xatırladırıq ki, Almaniyada pensiya yaş həddinin artırılması ölkə əhalisi arasında narahatlıq yaratmışdır. N.Sarkozinin pensiya islahatlarında dəyişiklik edəcəyini ölkənin əmək naziri Erik Vert də təsdiq etmişdir. Onun dediyinə görə, layihədə bəzi maddələrin yumşaldılması yönündə iş aparılır, çoxuşaqlı analara xüsusi imtiyazlar nəzərdə tutulur. Əmək naziri qanun layihəsini təsdiq edildikdən sonra yaşı çatmış fransızların vaxtında pensiyaya çıxacaqlarını bildirmişdir. N.Sarkozi bu təşəbbüsün gerçəkləşməsi üçün yeni vergilərdən tutulacaq əlavə 3,4 milyard avro ayıracağını vəd etmişdir. Agentlik E.Vertin pensiya islahatlarında düzəlişləri Senata göndərdiyini qeyd edir. N.Sarkozi pensiya yaşının 60-dan 62-yə qaldırılmasından sonra əhali arasında yaranan narazılıq fonunda layihədə yumşalmalar aparmağa razılıq vermişdir. Fransa parlamentinin aşağı palatası pensiya yaş həddinin 60-dan 62-yə qaldırılmasına razılıq vermişdi. Fransa həmkarlar ittifaqları pensiya yaş həddinin artırılmasına etiraz olaraq, fasiləsiz tətillərə başlamışdır. Ən böyük etiraz tətili sentyabrın 7-də başlamışdır. 3 milyon Fransa vətəndaşı küçələrə çıxmışdır. Buna baxmayaraq, N.Sarkozi administrasiyası pensiya yaş həddinin qaldırılacağını üstün tutmuşdur. Çünki islahatların aparılacağı təqdirdə, 2018-ci ilədək ölkənin budcə kəsiri 70 milyard avro miqdarında artacaqdı.

Digər xəbərlər