PDF Oxu

Dünya

  • 1 008

Zimbabvenin baş naziri prezident əleyhinə üsyan qaldırıb

Zimbabvenin baş naziri prezident əleyhinə üsyan qaldırıb
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, Zimbabvenin baş nazini Morqan Tsvangiray son il yarım ərzində ölkə prezidenti Robert Muqabe tərəfindən təyin edilmiş nazir və məmurları tanımaqdan imtina etmişdir. O, R.Muqabenin təyinatını qeyri-qanuni və konstitusiyadankənar hesab etmişdir. M.Tsvangiray müvafiq bəyanatını Demokratik Dəyişikliklər Uğrunda Hərəkatın 4 saat davam edən yığıncağından sonra vermişdir. M.Tsvangirayın tanımadığı vəzifəli şəxslər siyahısına 10 nazir daxildir. Onların arasında ölkənin baş prokuroru, polis rəisi, ölkənin mərkəzi bankının başçısı, 6 diplomat və 5 hakimin adları çəkilir. M.Tsvangiray tələb etmişdir ki, keçid hökuməti Zimbabve xalqının rifahı naminə işləsin. Baş nazir cəhdlərinin nəticəsiz qaldığını bildirmiş və bundan sonra dözməyin mümkün olmadığını vurğulamışdır. M.Tsvangiray prezident və tərəfdarlarının özlərini "ölkənin sahibləri" kimi apardığını qeyd etmişdir. R.Muqabe M.Tsvangirayın açıqlaması haqda rəsmi şərh verməmişdir. "CNN" qeyd edir ki, prezident və baş nazir arasında yaranacaq konflikt ölkədə siyasi böhranın güclənməsinə doğru apara bilər.

Digər xəbərlər