Yuşşenko "rus imperialistləri"nin planlarını açıqlayıb
Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko "Den" qəzetində dərc etdirdiyi məqalədə "rus şovnistləri"nin Ukraynanın başına açacaqları bəd əməlləri sadalamışdır. Keçmiş Ukrayna dövlət başçısının fikrincə, Ukrayna dövləti əleyhdarları onun ölkəsini fiziki cəhətdən yox, mənəvi cəhətdən məhv etməyi planlaşdırırlar. V.Yuşşenko belə hesab edir ki, Rusiyanın rəsmi dairələri öz milli ənənələrini Ukrayna xalqına sırıyaraq, bizim milli dilimizi və mənəviyyatımızı süquta uğratmağa hazırlaşırlar. O, belə hesab edir ki, ruslar ilk öncə, ukraynalılara qarşı "dil müharibəsi" aparmağa başlayacaqlar. "Mədəni imperializm iqtisadi analogiyasından zərifdir və onun siyasi tərəfləri az gözə çarpır və o, müharibə variantını istisna edir" deyə eks-prezident bildirmişdir. V.Yuşşenko belə bir ehtimal irəli sürür ki, bütövlükdə, ukraynaçılıq əleyhdarları, ilk öncə, dövlət dilini və onunla birlikdə milli yaddaşı və mübarizə əhval-ruhiyyəsini məhv etmək niyyətindədirlər. O, ikili dil konsepsiyasını tənqid etmiş və bu mərəzi keçmiş Ukraynanın kolonial Rusiyadan asılılıq mexanizmi kimi qiymətləndirmişdir. Onun fikrincə, iki dilin yanaşı işlədilməsi məsələsi 350 il ərzində Ukraynanın Moskvaya tabeçilik strategiyasının məsulu kimi yaranmışdır. Keçmiş prezident belə hesab edir ki, Rusiya kolonolizminin Qərb kolonolizmindən fərqi etnik əlamətlərinə görə fərqlidir. Rus kolonilizmi bəzi xalqları rus xalqının tərkib hissəsi kimi təqdim edir. V.Yuşşenko deyir ki, o şəxslər repressiya və diskriminasiyalara məruz qalırdılar ki, öz milli mənsubiyyətləri və fərqli cəhətləri uğrunda mübarizəyə qalxırdılar.
V.Yuşşenko belə hesab edir ki, son vaxtlar Ali Rada çoxluğu tərəfindən müzakirə edilən "Ukraynadakı dillər haqqında" qanun layihəsi kolonial ruslaşma siyasətinin davam etdirilməsi üstündə köklənib. Onun fikrincə, Ukraynada rus dilinə tam hüquq verilməsi Ukrayna dilinin ictimai həyat dairəsindən sıxışdırılıb çıxarılmasına xidmət edəcək və nəticədə bu dil "tabe dillər" siyahısına düşəcəkdir.