PDF Oxu

Dünya

  • 763

Belarus prezidentinə qarşı Rusiyada kampaniya aparılır

Belarus prezidentinə qarşı Rusiyada kampaniya aparılır
Rusiyanın "NTV" telekanalı oktyabrın 8-də Belarus prezidenti Aleksandr Lukaşenkonun fəaliyyətinə həsr edilmiş "Xaç atası" sənədli filminin 4-cü hissəsini nümayiş etdirəcəkdir. Anonsda deyilir ki, "Xaç atası. Son payız" adlanan bu filmdə "Deputat mandatı Lukaşenkonu həbsxanadan necə xilas etdi?" və "Jurnalist Oleq Babenini qətlinin ssenarisini kim hazırladı?" suallarına cavab veriləcəkdir. Filmdə həm də "Ölüm eskadronu" adlanan Belarus döyüşçüsünün dedikləri"nin videokadrları nümayiş etdiriləcəkdir. "Xaç atası" filminin birinci hissəsi "NTV"-nin efirində 2010-cu ilin iyulunda göstərilmişdir. Filmdə Lukaşenkonun bir neçə siyasi opponentinin yoxa çıxmasından və Belarus prezidentinin bu əməliyyatda iştirakından bəhs edilmişdir. Film yaradıcıları Belarus prezidentinin Rusiya ilə dostluq münasibətlərindən uzaqlaşdığını da göstərmişlər. Belarusun Moskvadakı səfiri film yaradıcılarını A.Lukaşenkoya böhtan atmaqda ittiham etmişdir. Belarus Milli Şurasının sədri Anatoli Rubinov Rusiya kütləvi informasiya vasitələrinin A.Lukaşenkoya kobud hücumlarını tənqid atəşinə tutmuşdur. Belarus Birləşmiş Vətəndaş Partiyasının başçısı Anatoli Lebedko Belarus prokurorluğunun "NTV" kanalı əleyhinə cinayət işi qaldırmasını tələb etmişdir. Filmin ikinci və üçüncü hissələri bir müddət əvvəl internet səhifələrində nümayiş etdirmişdir. A.Lukaşenko oktyabrın 1-də onun əleyhinə yaradılmış informasiya kampaniyasında "Medvedev komandası"nın durduğunu bəyan etmişdir. Rusiya prezidenti D.Medvedev cavab olaraq A.Lukaşenkoya ölkəsinin problemləri ilə məşğul olmağı məsləhət görmüşdür.

Digər xəbərlər