PDF Oxu

Dünya

  • 754

Müxalifət partiyası lideri əleyhinə cinayət işi qaldırılıb

Müxalifət partiyası lideri əleyhinə cinayət işi qaldırılıb
"AKİ Press" Qırğızıstan informasiya agentliyinin yaydığı məlumata görə, ölkənin baş prokurorluğu "Ata-Jurt" müxalifət partiyasının lideri Kamçibek Taşiyevin əleyhinə cinayət işi qaldırılmışdır. K.Taşiyevi milli ayrıseçkilikdə ittiham edirlər. Müxalifət lideri "24.kq" agentliyinin saytında seçicilərə müraciət etmiş və "fövqəladə bəyanat" yaymışdır. Qırğızıstan prokurorluğu bu bəyanatı cinayətkar əməl kimi qiymətləndirmişdir. Bəyanatda K.Taşiyev qırğız və özbək icmaları arasında baş verən konfliktdə hakimiyyət nümayəndələrini ittiham etmişdir. O, iyul hadisələrində Qırğızıstanın müvəqqəti prezidenti Roza Otumbayevanın müqəssir olduğunu bəyan etmişdir.

Digər xəbərlər