PDF Oxu

Dünya

  • 776

Almaniya ABŞ-ın nüvə silahından 2012-ci ildə xilas olacaq

Almaniya ABŞ-ın nüvə silahından 2012-ci ildə xilas olacaq
"RP-Online" nəşrinin məlumatına görə, Almaniya 2012 və ya 2013-cü ildə ərazisində yerləşdirilmiş Amerikanın nüvə silahından imtina etmək iqtidarında olacaqdır. Bu ölkə rəsmiləri, bir müddət əvvəl, nüvə silahından imtina edəcəklərini bəyan etmişlər. Ancaq bundan sonra da Almaniya NATO-nun gələcək üzvü kimi, özünümüdafiə məqsədilə ABŞ-ın nüvə arsenalından istifadə etmək hüququnda olacaqdır. Ona bu hüququ "nüvə müharibəsi iştirakı" haqqında bağlanmış müqavilə imkan verir. Bu məqsədlə Reynland-Pfaltsda yerləşən Büxel hərbi-hava qüvvələri bazasının 33-cü aviaeskadra lüftvaffesi yaradılmışdır. Bu bazada ABŞ hərbi qulluqçularının mühafizə etdikləri 20 ədəd V61 Amerika atom bombası saxlanılır. Almaniya ərazisinə nüvə zərbəsinin endiriləcəyi təqdirdə, ölkənin "Tornado" tipli nüvə daşıyıcıları həmin silahları hadisə yerinə gətirəcəkdir. Məlum olduğu kimi, 33-cü aviaeskadranın köhnəlmiş "Tornado"larının yeni "Evrofayter"lərlə əvəz ediləcəyi gözlənilir. Ancaq bu nüvə daşıyıcıları heç vaxt başqa ölkələrin ərazilərinə atom zərbələri endirəcək silahları daşımayacaqdır. Başqa bir məlumata görə, 33-cü aviaeskadranın tamamilə buraxılması gözlənilir. Bu fakt Almaniyanın NATO-nun nüvə müqaviləsindən çıxmaq istədiyini sübut edir. Nüvə silahından imtinanın fəal tərəfdarı kimi Almaniyanın xarici işlər naziri Gido Vestervelle çıxış edir. O, hələ 2009-cu ildə bu tələbini üzvü olduğu Müstəqil Demokratik Partiyanın seçkiönü proqramına daxil etmişdi. Nazir atom bombalarının tezliklə Almaniyadan çıxarılaraq, ABŞ-a aparılması planını gerçəkləşdirmək istəyir. Ölkənin müdafiə naziri Karl - Teodor Quttenberq isə onun bu təşəbbüsü əleyhinə çıxış edir və hazırkı dövrdə ölkənin nüvə prinsipindən imtina etmək imkanının olmadığını bildirir.

Digər xəbərlər