PDF Oxu

Dünya

  • 813

Berluskoninin keçmiş həmkarları öz partiyalarını yaradıblar

Berluskoninin keçmiş həmkarları öz partiyalarını yaradıblar
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İtaliyanın baş naziri Silvio Berluskoninin keçmiş həmkarları çərşənbə axşamı təsis etdikləri yeni siyasi partiyanın yığıncağını keçiriblər. İtaliya parlamentinin aşağı palatasının spikeri Canfranko Fini yeni qurumun adının "İtaliyaya xoş gələcək və azadlıq" olduğunu bildirmişdir. C.Fini ölkədə əhalinin narazılığının müşahidə edildiyini bildirmiş və bu şəraitdə yeni siyasi partiyanın yaradılmasının vacibliyini vurğulamışdır. Agentliyin məlumatına görə, yeni partiya 2011-ci ilin yanvarında qeydiyyatdan keçiriləcəkdir. C.Fini və S.Berluskoninin siyasi maraqları 16 illik əməkdaşlıqdan sonra 2010-cu ilin iyulunda haçalanmağa başlamışdır. C.Fini ilə birlikdə daha 34 deputat S.Berluskonini dəstəkləməkdən imtina etmişdir ki, onların səsi olmadan baş nazir parlamentdə əksəriyyət əldə etməyəcəkdir.

Digər xəbərlər