PDF Oxu

Dünya

  • 682

Ekvadorda fövqəladə rejim müddəti uzadılıb

Ekvadorda fövqəladə rejim müddəti uzadılıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Ekvadorda tətbiq edilən fövqəladə vəziyyət rejimi oktyabrın 8-dək uzadılmışdır. Bu yöndə sərəncamı ölkə prezidenti Rafael Korrea imzalamışdır. Prezidentin dediyinə görə, fövqəladə vəziyyət rejiminin uzadılması Milli Assambleya deputatlarının tövsiyəsi ilə yerinə yetirilmişdir. Ölkədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra ölkə deputatları mövcud şəraitdə polisin nizam-intizamı təmin etməsinə şübhə ilə yanaşdıqlarını bildirmişlər. "Frans Press" xatırladır ki, fövqəladə rejim vaxtının uzadılması ölkə prezidentinin və silahlı qüvvələrinin səlahiyyət müddətinin genişlənməsinə zəmin yaradıb. Çünki fövqəladə rejim dövründə silahlı qüvvələr polisin funksiyasını yerinə yetirir. Ekvadorda dövlət çevrilişinə cəhd sentyabrın 30-da baş vermişdir. Həmin gün ölkə parlamenti polisin əmək haqqının və imtiyazlarının azaldılması haqda qanun layihəsini bəyənmişdi. Bundan qəzəblənmiş polislər ölkə paytaxtında üsyan qaldırmış və müvəqqəti olaraq, parlament binası və beynəlxalq aeroportu ələ keçirmişdir. Dərhal yaradılmış fövqəladə rejimdə hərbçilər nəzarəti öz üzərlərinə götürmüşlər.

Digər xəbərlər