PDF Oxu

Dünya

  • 743

Suriya məktəblini ABŞ-a casusluqda ittiham edib

Suriya məktəblini ABŞ-a casusluqda ittiham edib
"Frans Press" informasiya agentliyinin ərəbdilli "Əl-Vətən" nəşrinə əsaslanaraq, yaydığı məlumata görə, 19 yaşlı məktəbli Təl əl-Mallohini ABŞ-ın xeyirinə casusluqda ittiham etmişdir. Suriya hakimiyyət dairələrinin məlumatına görə, Əl-Mallohi Suriyanın Misirdəki səfirliyinin məxfi informasiyasını Qahirədəki ABŞ səfirliyinin əməkdaşına ötürmüşdür. Dəməşqdə belə hesab edirlər ki, məktəbli qızın bu əməli Suriyanın xüsusi xidmət orqanı əməkdaşlarının Qahirədə yerləşən Suriya ofisinə hücum etmələrinə səbəb olmuşdur. 2009-cu ilin 17 noyabrında baş vermiş hücum zamanı Suriya güc strukturunun bir əməkdaşı zərər çəkmişdir. Məlumata görə, şagird qız əl-Mallohi göstərdiyi xidmətə görə mükafatlandırılmışdır. Məktəbli qız casusluqda əli olduğunu etiraf etmişdir.
"Human Rights Watch" (HRW) təşkilatının məlumatına görə, Təl-əl-Mallohi 2009-cu ilin 27 dekabrında Dəməşqdə həbs edilmişdir. Qız həbs edildikdən sonra onun yaşadığı evdə axtarış edilmiş, otağındakı kompüter, kompakt disklər və digər şəxsi əşyaları müsadirə edilmişdir. O vaxt hakimiyyət dairələri həbsin səbəbini izah etməmişdilər.
HRW təşkilatının məlumatına görə, Suriyanın hüquq-müdafiə təşkilatı məktəblinin həbsini kompyuter bloqundakı qeydləri ilə əlaqələndirir. Təşkilat nümayəndələrinin dediklərinə görə, məktəblinin internet gündəliyi, əsasən, sosial məsələlərə, o cümlədən, Fələstin ərazisində yaşayan əhalinin gündəlik həyatına həsr edilmişdir və burada Suriyanın hakimiyyət dairələrinin tənqid edilməsinə rast gəlinmir.

Digər xəbərlər