PDF Oxu

Dünya

  • 822

Tacikistanda həbsxanadan qaçmış 10-cu məhbus öldürülüb

Tacikistanda həbsxanadan qaçmış 10-cu məhbus öldürülüb
"Avesta" Tacikistan informasiya agentliyinin yaydığı məlumata görə, Tacikistan milisi avqustun axırlarında ölkənin milli təhlükəsizlik təşkilatının təcridxanasından qaçmış daha bir məhbusun gizləndiyi yeri aşkar etmişdir. Məlumata görə, Tavildərə bölgəsində baş verən atışma zamanı məhbus qətlə yetirilmişdir. "İnterfaks" məlumat verir ki, öldürülən şəxs Əfqanıstan vətəndaşı olmuşdur.
Məhbuslar Düşənbə şəhərində olan təcridxanadan avqustun 23-də gecə qaçmışdılar. Qaçanların ümumi sayı 25 nəfər olmuşdur. Qaçmamışdan əvvəl onlar bir neçə mühafizəçini öldürmüşdülər. Məhbusların əksəriyyəti Tavildərə bölgəsində baş vermiş vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. Onlar dövlət çevrilişində və qeyri-qanuni silahlı dəstələr saxlamaqda ittiham edildikləri üçün uzun müddətliyinə azadlıqdan məhrum edilmişdilər. Onların arasında bir neçə Əfqanıstan və Rusiya vətəndaşı da olmuşdur.
Məhbuslar qaçdıqları zaman onların üç nəfəri öldürülmüş, 7 nəfəri isə ələ keçmişdir. Ələ keçirilənlər arasında general Qafar Mirzoyevin qardaşı Abdurəsul da olmuşdur.

Digər xəbərlər