PDF Oxu

Dünya

  • 971

AFR prezidenti islamın ölkənin tərkib hissəsi olduğunu bəyan edib

AFR prezidenti islamın ölkənin tərkib hissəsi olduğunu bəyan edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Almaniya Federativ Respublikasının prezidenti Kristian Vulf belə bir bəyanat vermişdir ki, Almaniyanın qarşısında yeni birlik məsələsi görünməyə başlamışdır. Almaniyanın birləşməsinin 20 illiyinə həsr edilmiş təntənəli Bremen mərasimində ölkə prezidenti belə bir bəyanatla çıxış etmişdir: "Sözsüz ki, xristianlıq Almaniyanın tərkib hissəsidir. İudaizm də ölkəmizdə özünə xüsusi nüfuz qazandırmışdır. Bu gün islam da Almaniyanın tərkib hissəsinədaxildir". K.Vulf ölkə vətəndaşlarını Almaniya həyat tərzinin davam etdirərək, ölkə konstitusiyasına riayət etməyə çağırmışdır. AFR prezidenti 1990-cı il birləşməsi haqda danışarkən, "azadlıq uğrunda mübarizə aparanlar qarşısında təzim etdiyini" bildirmişdir. Onun dediyinə görə, Şərqi Almaniya əhalisi birləşməklə əlaqədar müəyyən çətinliklərlə üzləşmişdir. Bremen mərasimində AFR kansleri Angela Merkel də çıxış etmişdir. Onun dediyinə görə, Almaniya yalnız Şərq və Qərb almanlarının ciddi səyi nəticəsində dünyada hörmətə layiq ölkələr sırasına çıxmışdır. ABŞ prezidenti Barak Obama AFR və ADR-in birləşməsini vacib uğur kimi dəyərləndirmişdir. Rusiya prezidenti Dmitri Medvedev Almaniyanın birləşməsi prosesində Moskvanın başlıca rol oynadığını qeyd etmişdir.

Digər xəbərlər