PDF Oxu

Dünya

  • 680

Obama öz administrasiyasının müvvəqəti başçısını təyin edib

Obama öz administrasiyasının müvvəqəti başçısını təyin edib
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama yaxın günlərdə prezident administrasiyası başçısı Ram Emanuelin istefasını qəbul etdikdən sonra, bu vəzifəyə müvəqqəti administrasiya başçısı təyin etmişdir. Bu şəxs 2009-cu ilin yanvarından prezidentin baş müşaviri olan Pit Rauz olmuşdur. P.Rauz əvvəllər B.Obama Senatda işləyərkən, onun aparatının başçısı olmuşdur. Bu məsələyə həsr edilmiş mətbuat konfransında çıxış edən R.Emanuel B.Obama administrasiyasını böyük kədər hissi ilə tərk etdiyini bildirmiş və vətəni Çikaqoya qayıdaraq, orada mer seçkilərində iştirak edəcəyini qeyd etmişdir. O, Çikaqonu "nəhəng ölkənin nəhəng şəhəri" kimi xarakterizə etmişdir. P.Ra haqda danışan R.Emanuel demişdir ki, administrasiyaya "10 illərin təcrübəsi olan" yeni nəfəs gəlir. B.Obama isə, öz növbəsində, bu ifadəni işlətmişdir: "Ağ Evdə belə bir məsəl formalaşıb: işimizin düzəlişini Pitə etibar edəcəyik". Xatırladırıq ki, R.Emanuel Çikaqoda mer seçkilərinin seçkiönü kampaniyasına qoşulmaq niyyətindədir. B.Obama Çikaqo meri postunda məhz onu görmək istəyir. Burada mer seçkiləri 2011-ci ilin fevralında keçiriləcəkdir.

Digər xəbərlər