PDF Oxu

Dünya

  • 899

Medvedev Lukaşenkoya Belarusun problemi ilə məşğul olmağı məsləhət görüb

Medvedev Lukaşenkoya Belarusun problemi ilə məşğul olmağı məsləhət görüb
"İnterfaks-Qərb" informasiya agentliyinin yaydığı məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyada əleyhinə aparılan informasiya kampaniyasını şərh edərkən özünü Başqırdıstan prezidenti Murtuza Rəhimov və keçmiş Moskva meri Yuri Lujkovla müqayisə etmişdir. O, bu bəyanatını Rusiya jurnalistləri üçün keçirdiyi mətbuat konfransında vermişdir. A.Lukaşenko bu kampaniyanı onun əleyhinə Rusiya rəhbərliyinin çevirdiyini bildirmişdir. A.Lukaşenko əleyhinə kampaniya bir neçə ay əvvəl Rusiya televiziyalarında başlanmışdır. "NTV" telekanalı özünün "Xaç atası" süjetində Belarus prezidenti A.Lukaşenkonu korrupsiyada və öz siyasi opponentləri əleyhinə repressiyalarda ittiham etmişdir. Rusiya prezidenti Dmitri Medvedev öz videobloqunda A.Lukaşenkoya münasibətdə xüsusi şərh vermişdir. O, Belarus prezidentinin Rusiya rəhbərliyini ittiham etməsini A.Lukaşenkonun seçkiönü kampaniyasının tərkib hissəsi kimi xarakterizə etmiş və ona ölkəsinin daxili problemləri ilə məşğul olmağı məsləhət görmüşdür. Belarusda seçkilər oktyabrın 19-na təyin edilmişdir. 1994-cü ildə Belarus prezidenti postunu tutan A.Lukaşenko növbəti prezident seçkilərinə namizədliyini irəli sürmüşdür. Xatırladırıq ki, Rusiya prezidenti D.Medvedev 2009-cu ilin avqustunda öz videobloqunda Ukrayna prezidenti Viktor Yuşşenkonun da ünvanına sərt ittihamlar irəli sürmüşdür.

Digər xəbərlər