PDF Oxu

Dünya

  • 800

Latviyada parlament seçkiləri başa çatıb

Latviyada parlament seçkiləri başa çatıb
Latviyada növbəti Seym seçkiləri keçirilir. Ölkədə olan seçki məntəqələri Moskva vaxtı ilə saat 21:00-da bağlanmışdır. "DELFE" Latviya İnformasiya Agentliyinin məlumatına görə, seçkilərdə ölkə seçicilərinin 55,7 faizi, yəni 830 min nəfərdən çoxu iştirak etmişdir. Bu, əvvəlki Seym seçkilərində iştirak edən seçicilərdən xeyli az nəticədir. Müşahidəçilər seçkilərin insidentsiz keçdiyini bildirirlər. Ancaq bir neçə seçki məntəqəsində o qədər də ciddi olmayan qanun pozuntuları müşahidə olunmuşdur. Bunların əksəriyyəti seçkiönü təşviqatın dayandırılmaması ilə əlaqədar olmuşdur. Yəni təşviqatçılar seçkiönü plakatları küçələrdən yığışdırmamışdılar. "Frans Press" agentliyi exit-pollun nəticələri haqda məlumat vermişdir. Bu nəticələrə görə, seçkilərdə iqtidar mövqeli sağ mərkəzçi "Birlik" bloku liderlik edir. Bu bloka seçicilərin 30 faizdən çoxunun səs verdikləri qeyd olunur. "Za PÇEL" partiyası 1,47 faiz, qalan partiyalar isə 1 faizdən də az səs toplamışlar.

Digər xəbərlər