PDF Oxu

Dünya

  • 738

Ekvador prezidenti mühasirədən çıxa bilir

Ekvador prezidenti mühasirədən çıxa bilir
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Ekvador prezidenti Rafael Korrea üsyançı polislər tərəfindən blokadaya alınmış olduğu xəstəxanadan çıxıb öz iqamətgahına getməyə nail olmuşdur. O, burada eyvana çıxaraq, onu dəstəkləyən tərəfdarlarına təşəkkürünü bildirmişdir. Ekvador prezidenti xilasedicilik əməliyyatları aparılarkən, hökumət qoşunlarının bir üsyançı polisi öldürdüklərini təsdiq etmişdir.
Agentlik qeyd edir ki, R.Korrea paytaxt Kitonun xəstəxanalarından birində üsyançılarla danışıqlar apararkən, yaxınlığında içərisində gözyaşardıcı qaz olan bir balon partlamışdır. Bir müddət əvvəl isə, belə bir məlumat verilmişdi ki, prezidentin diz nahiyəsində əməliyyat aparılmışdır. Ekvador prezidenti polisin mühasirəyə alıb mühafizə etdiyi xəstəxanada 10 saat qalmalı olmuşdur. Çünki üsyançılar onun getməsinə maneçilik törədirdilər.
Ekvadorda üsyan sentyabrın 30-da başlanmışdır. Bu ərəfədə polis və hərbi qulluqçuların əməkhaqlarında ixtisarları nəzərdə tutan qanun qəbul edilmişdir. Üsyançılar qısa müddət ərzində Kito aeroportunu və parlament binasını ələ keçirməyə nail olmuşdular. Qarşıdurma zamanı bir nəfər həlak olmuş, 50 nəfər bələn xəsarəti almışdır. R.Korrea ölkədə baş verən hadisələri dövlət çevrilişinə cəhd kimi xarakterizə etmişdir. Ekvador milli polisinin başçısı Freddi Martines üsyançılıq dalğası altında istefaya çıxmışdır. Ölkə ərazisində fövqəladə vəziyyət elan edilmişdir. Peru və Kolumbiya Ekvadorla sərhədi bağlamışdır.

Digər xəbərlər