PDF Oxu

Dünya

  • 814

Qırğızıstanın qızıl mədənində tətil başlanıb

Qırğızıstanın qızıl mədənində tətil başlanıb
"24.kq". Qırğızıstan informasiya agentliyinin yaydığı məlumata görə, ölkənin Kumtor nəhəng qızıl mədənində tətil başlanmışdır. Tətil edənlər əməkhaqlarının artırılmasını tələb edirlər. Həmkarlar İttifaqının nümayəndəsi Adil İdrisovun dediyinə görə, aksiyada 2 min nəfərədək adam iştirak edir. Onun dediyinə görə, qızıl mədənində yalnız insanların və fərdi kompaniyaların təhlükəsizliklərinin təmin edilməsi məqsədilə vacib minimum işlər aparılmaqdadır. Kompaniyanın Bişkekdəki işverən "Kumtor opereytinq kompani" təşkilatının onlarla əməkdaşı ofis qarşısında piket keçirməkdədir. A.İdrisov fəhlələrin əməkhaqlarının 40-50 faiz artırılmasını tələb edir. Hazırda qızıl mədənində işləyən fəhlələrin orta əmək haqqı 30-35 min soma (650-750 dollar) bərabərdir. Kompaniya rəhbərliyi ilə danışıqlar aparılsa da, heç bir nəticə əldə edilməmişdir. İşverənlər əmək haqqının 10-12 faiz artırılmasına razılıq verirlər. "Kumtor opereytinq kompani" rəhbərliyi tətilin qeyri-qanuni olduğunu bəyan edir. Kumtor mədəni Bişkekin cənub-şərq hissəsinin 350 kilometrliyində yerləşir. Mədəndə hər il 18 ton qızıl çıxarılır.

Digər xəbərlər