PDF Oxu

Dünya

  • 843

Çilinin yer altında qalan şaxtaçıların ailələri 27 milyon dollar kompensasiya tələb edirlər

Çilinin yer altında qalan şaxtaçıların ailələri 27 milyon dollar kompensasiya tələb edirlər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 30-da Çilinin şimalında yerləşən San-Xose şaxtasında uçqunlar altında qalmış 27 şaxtaçının ailəsi hökumətə və "San Esteban" kompaniyasına qarşı məhkəmə iddiası qaldırmışlar. Hər bir ailə tələb edir ki, onlara bir milyon dollar məbləğində kompensasiya ödəsinlər. Şaxta yaxınlığında yerləşən Kaldera şəhərinin meri Bryunilda Qonsalesin dediyinə görə, şaxtaçıların ailələri istəyirlər ki, məhkəmə şaxtada baş vermiş qəzanın səbəbkarını və hazırda uçqun altında qalan şaxtaçıların çıxarılmasını ləngidənlərin kimliyini müəyyənləşdirsinlər. Xatırladırıq ki, 27 şaxtaçı iki aya yaxındır ki, uçqun altında qalmaqdadır. Şəhər merinin dediyinə görə, xilasedicilər şaxtaçıların xilas edilməsi yönündə kifayət qədər əzm göstərmirlər. Sentyabr ayında verilən məlumata görə, məhkəmə Çili hökumətinin təşəbbüsü ilə "San Esteban" kompaniyasının bank aktivlərini dondurmuşdur. Hökumətin başlıca məqsədi xilasedicilik əməliyyatlarının davam etdirilməsi zamanı məhz kompaniyanın dondurulmuş bank aktivlərindən istifadə etməkdir. Hazırda San-Xose şaxtasının uçqunları altında 33 şaxtaçı qalmaqdadır. Onlardan 32 nəfəri Çili, 1 nəfər isə Boliviya vətəndaşıdır. Onlar şaxta altında bu ilin avqustun ayının 5-də uçqun zamanı qalmışdılar. Xilasedicilik əməliyyatları noyabrın əvvəllərində başa çatacaqdır. Hazırda xilasedicilər yuxarıdan aşağı 800 metrlik tunel qazıntısı aparmaqdadırlar.

Digər xəbərlər