PDF Oxu

Dünya

  • 817

KXDR ABŞ-dan qorunmaq məqsədi ilə nüvə arsenalını artırmaq niyyətindədir

KXDR ABŞ-dan qorunmaq məqsədi ilə nüvə arsenalını artırmaq niyyətindədir
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, KXDR ABŞ tərəfdən gözlənilən təhdidlə əlaqədar, nəinki nüvə silahından imtina edəcək, hətta bundan sonra da nüvə arsenalının artırılmasına çalışacaqdır. BMT Baş Assambleyasının yığıncağında bu bəyanatla Şimali Koreyanın xarici işlər naziri Pak Kil En çıxış etmişdir. Nazirin dediyinə görə, nə qədər ki, Amerika aviadaşıyıcıları Şimali Koreya sərhədi yaxınlığında olacaq, nüvə silahının ixtisar edilməsindən söhbət gedə bilməz. Onun fikrincə, KXDR bundan sonra da öz nüvə arsenalını artırmağa səy göstərməlidir. "Biz bu ibrət dərsini öyrənməyə nail olmuşuq" - deyə diplomat bildirmişdir. KXDR hökuməti nüvə silahı yaratması haqda bəyanatı 2005-ci ildə vermiş və bir il sonra yeni nüvə sınaqları keçirilmişdir. KXDR-də nüvə başlıqlı raketlərin miqdarı haqda səhih məlumat yoxdur. 2010-cu ilin mayında Pxenyan nüvə silahının yaradılması imkanını verən termonüvə sintezi texnologiyasına yiyələndiyi haqda bəyanat vermişdir.

Digər xəbərlər