PDF Oxu

Dünya

  • 838

Meksikada sürüşmə, İndoneziya sahillərində isə zəlzələ baş verib

Meksikada sürüşmə, İndoneziya sahillərində isə zəlzələ baş verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Meksikanın cənub hissəsində yerləşən Çyapas ştatında baş vermiş sürüşmə nəticəsində 16 nəfər həlak olmuşdur. Həlak olanların cəsədləri sentyabrın 29-da torpaq altından çıxarılmışdır. Həlak olanların hamısı Amatan şəhərinin sakinləri olmuşdur. Nuh Kolumbiyası qəsəbəsində baş vermiş sürüşmə nəticəsində bir qadın iki uşağı ilə itkin düşmüşdür. Oaxaka ştatında sürüşmə nəticəsində iki yeniyetmə bacının meyiti aşkar edilmişdir. 2010-cu ilin mayında Meksikada baş vermiş təbii fəlakət nəticəsində 80 nəfər həlak olmuş, 810 min nəfər evsiz-eşiksiz qalmışdır. "Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İndoneziya sahilləri yaxınlığında maqnituda gücü 7,2 həddində olan zəlzələ baş vermişdir. Zəlzələnin episentri Aru arxipelaqının 105 kilometrliyində, 20 kilometr dərinlikdə olmuşdur. Həmin ərazidə az əhali məskunlaşmışdır. Ölənlər və yaralananlar haqda məlumat verilmir.

Digər xəbərlər