PDF Oxu

Dünya

  • 801

Uqo Çaves Venesuela nüvə proqramının başlanmasına hazır olduğunu bəyan edib

Uqo Çaves Venesuela nüvə proqramının başlanmasına hazır olduğunu bəyan edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti Uqo Çaves dinc məqsədlərlə nüvə proqramının başlanmasına hazır olduğunu bildirmişdir. Sentyabrın 28-də U.Çaves belə bir bəyanatla çıxış etmişdir: "Biz dinc atom layihəsi üzərində müzakirələri davam etdiririk və onlar (Birləşmiş Ştatlar) bizi dayandıra bilməyəcəklər. Atom enerjisi bizə həqiqətən lazımdır və biz artıq ilk təhqiqatlara başlamışıq."
U.Çaves İran nüvə proqramının işlənib-hazırlanmasının qətiyyətli tərəfdarıdır. O, ABŞ və Avropa ölkələrinin İrana mane olmalarına dəfələrlə öz qəti etirazını bildirmişdir. U.Çaves Venesuelada nüvə təhqiqatlarının aparılması haqda ABŞ-ın Nyu-Meksiko ştatında həbs edilmiş nüvə fizikası mütəxəssisi və onun arvadı haqda şərh verərkən, danışmışdır. İlkin məlumata görə, nüvə fizikası alimi Venesuela hökumətinə məxfi informasiya ötürmək istəyirmiş. Həmin əməliyyatda Amerikanın xüsusi orqanı əməkdaşları iştirak edirmiş.
Ər-arvad Maskeronilərin həbs edilmələri haqda məlumat cari ilin 18 sentyabrında yayılmağa başlamışdır. Amerika xüsusi xidmət orqanlarının məlumatına görə, Maskeronilər 2008-ci ilin martında nəzərdə tutulan Venesuela agenti ilə görüşmüş və 10 il ərzində bu ölkənin özünə məxsus atom bombasını yaratmağa hazır olduğunu bildirmişdir. Alim həm də nüvə energetikası sahəsində konsultasiyalar keçirməyə də hazır olduğunu vurğulamışdır. Maskeroni xidməti müqabilində 800 min dollar istəmiş və Venesuela vətəndaşlığı almağın mümkünlüyü ilə maraqlanmışdır.

Digər xəbərlər