PDF Oxu

Dünya

  • 842

Kosovo prezidenti istefaya çıxıb

Kosovo prezidenti istefaya çıxıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Kosovo prezidenti Fatmir Seydiu istefaya çıxmışdır. Bu bəyanatı Kosovo liderinin özü keçirdiyi mətbuat konfransında vermişdir. Prezidentin dediyinə görə, onun istefası respublika Konstitusiya Məhkəməsinin yaxın günlərdə qəbul etdiyi qərarla əlaqədardır. Sentyabrın 24-də Konstitusiya Məhkəməsi belə bir qərar qəbul etmişdir ki, T.Seydiu prezident kürsüsünü tuta-tuta, eyni vaxtda, həm də partiya lideri postunu tuta bilməz. Kosovo prezidentinin konstitusiya müddəalarını pozması haqda 32 deputat şikayət məktubu yazmışdır. Bu cür qərar ölkə parlamentinə imkan verirdi ki, ölkə başçısını tutduğu postdan kənarlaşdırsın. Kosovo konstitusiyasına əsasən, dövlət başçısı postunun səlahiyyətlərinin müvəqqəti icraçısı parlament spikeri Yakup Krasniçi olacaqdır. Bu şəxs baş nazir Xaşim Taçinin lideri olduğu Kosovo Demokratik Partiyasının (KDP) təmsilçisidir. F.Seydiu öz böyüklüyünə görə, ölkədə ikinci partiya hesab edilən Kosovo Demokratik Liqasının (KDL) lideridir. O, prezident postunu 2006-cı ilin martında Kosovonun ilk prezidenti İbrahim Ruqovanın vəfatından sonra tutmuşdur. İ.Ruqova da KDL-in lideri olmuş və iki prezidentliyi müddəti ərzində bu iki postu eyni vaxtda tutmuşdur.

Digər xəbərlər