PDF Oxu

Dünya

  • 773

Kim Çen İr KXDR iqtidar partiyasının baş katibi seçilib

Kim Çen İr KXDR iqtidar partiyasının baş katibi seçilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 28-də Pxenyanda 1980-ci ildən etibarən, iqtidarda olan Koreya Əmək Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun ilk yığıncağı keçirilmişdir. Siyasi büro üzvləri Kim Çen İri partiyanını baş katibi seçmişlər.Koreya televiziyası efirində verilən məlumata görə, Koreya Əmək Partiyası nümayəndələrinin qurultayında vacib bəyanatlar səsləndiriləcəkdir. Ekspertlər belə hesab edirdilər ki, Kim Çen İr qurultayın gedişində kiçik oğlu Kim Çen Unu öz vərəsəsi elan edəcəkdir. Pxenyanın rəsmi dairələri bu şayiələri təkzib etmişdir. Kim Çen İr siyasi büronun yığıncağı ərəfəsində oğlunu Şimali Koreya ordusunun generalı təyin etmişdir. Kim Çen İrin kiçik bacısı Kim Gen Xiyə də general rütbəsi verilmişdir. Bəzi məlumatlara görə, Kim Çen İrin xəstəliyi dövründə ölkə rəhbərliyi, faktik olaraq, ölkə liderinin bacısının əri Çan Son Txekin əlində olmuşdur. Kim Çen İr Koreya Əmək Partiyasına 1994-cü ildən başçılıq edir. O, atası Kim İr Sen vəfat etdikdən sonra ölkəyə başçılıq etmişdir.

Digər xəbərlər