PDF Oxu

Dünya

  • 737

Pentaqon Əfqanıstan kampaniyası haqda yazılmış 9500 kitabı yandırıb

Pentaqon Əfqanıstan kampaniyası haqda yazılmış 9500 kitabı yandırıb
"FOX Nyus" informasiya agentliyinin Pentaqondakı mənbəyə əsaslanaraq, yaydığı məlumata görə, ABŞ ordusunun polkovniki Entoni Şefferə məxsus 9500 nüsxə kitab, ölkənin milli təhlükəsizliyini təhdid etməsi səbəbindən yandırılmışdır. E.Şefferin "Tutqun ürək" əməliyyatı" adlı memuarı Əfqanıstanda apardığı əməliyyatlara həsr edilmişdi. Kitabda Əfqanıstan hərbi kampaniyasının vacib dönüş nöqtəsinə toxunulurdu və "Mümkün təhlükə" hərbi layihəsi müzakirə hədəfinə çevrilmişdi.
ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi əməkdaşlarının fikrincə, E.Şefferin kitabına milli təhlükəsizliyi təhdid baxımından yanaşması onunla bağlı idi ki, xüsusi xidmət orqanları 11 sentyabr 2001-ci il terror aktlarının təşkilində Məhəmməd Attanın əlinin olmasını hələ 2000-ci ildən bilirdilər. Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin başçısı Ronald Bercessin, hansı yollasa telekanallarından birinə düşmüş məktubunda göstərilir ki, haqqında söhbət gedən kitabda başqa məxfi informasiyalar da olmuşdur.
Pentaqonun onunla apardığı danışıqlar zamanı kitabındakı materiallar haqda jurnalistlərə məlumat yaymamağı xahiş etdikdən sonra E.Şeffer "FOX Nyus"a müsahibə vermişdir. Müəllifin dediyinə görə, əvvəllər ölkənin Müdafiə Nazirliyi onun memuarlarının dərc edildiyini alqışlasa da, sonradan kitabın dərc edilməsini faktik olaraq qadağan etmişdir. Podpolkovnik bu addımı "ifrat dərəcədə qeyri-adi" adlandırmışdır.

Digər xəbərlər