PDF Oxu

Dünya

  • 720

İran prezidenti azadlığa buraxılmış amerikalı qadınla görüşüb

İran prezidenti azadlığa buraxılmış amerikalı qadınla görüşüb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad bu ölkənin həbsxanasında cəza çəkmiş və sonradan azadlığa buraxılmış Amerika turisti Sara Şurdla görüşmüşdür. Görüş sentyabrın 24-də Nyu-Yorkda təşkil edilmişdir. Sara Şurdu anası Nora müşayiət etmişdir. Məlum olduğu kimi, İran prezidenti ABŞ-a BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək üçün gəlmişdi. S.Şurd ailəsinin mətbuat katibi bu görüş haqda ölkənin kütləvi informasiya vasitələrinə məlumat verməkdən imtina etmişdir. S.Şurd 2009-cu ilin 31 iyulunda iki amerikalı rəfiqəsi ilə birlikdə İraq sərhədi yaxınlığında həbs edilmişdir. Tehran bu qadınları casusluqda ittiham edirdi. S.Şurd İranın hakimiyyət dairələri tərəfindən cari ilin 14 sentyabrında azadlığa buraxılmışdır. Kütləvi informaiya vasitələrinin məlumatına görə, S.Şurdun nişanlısı Şeyn Bauer Coşua Fettalla birlikdə hələ də İran həbsxanasında qalmaqdadır.

Digər xəbərlər