PDF Oxu

Dünya

  • 823

Lukaşenko prezidentliyə namizədliyini irəli sürüb

Lukaşenko prezidentliyə namizədliyini irəli sürüb
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin Mərkəzi Seçki Komissiyasına müraciət edərək, təşkil etdiyi təşəbbüs qrupunun onun prezident seçkilərində qeydiyyata alınmasını irəli sürməsi yönündə bəyanat vermişdir. A.Lukaşenko öz ərizəsini sentyabrın 24-də - MSK-nın sənədləri qeydə almasının son günündə təqdim etmişdir. Bununla da, o, qeydiyyata alınmış 14-cü namizəd olmuşdur. A.Lukaşenkonun təşəbbüs qrupuna 8403 nəfər daxildir və onlara ölkənin təhsil naziri Aleksandr Radko başçılıq edir. Belarus MSK-sı təşəbbüs qrupunun qeydiyyata alınması məsələsini sentyabrın 27-də keçirdiyi yığıncaqda təsdiq etmişdir. Belarus prezidentliyinə namizədlərin irəli sürülməsi sentyabrın 30-dan oktyabrın 29-dək keçiriləcəkdir. Bu məqsədə hər bir təşəbbüs qrupu ən azı 100 min imza toplamalıdır. Noyabrın 13-dək prezidentliyə namizədliklərini irəli sürən şəxslər əmlak və gəlirləri haqda deklarasiyalarını və digər sənədlərini təqdim etməlidirlər. Prezidentliyə namizədlərin qeydə alınması 13-23 noyabr tarixində baş tutacaq, prezident seçkiləri isə dekabrın 19-da keçiriləcəkdir.

Digər xəbərlər