PDF Oxu

Dünya

  • 1 063

Fransada pensiya islahatları əleyhinə nümayiş keçirilib

Fransada pensiya islahatları əleyhinə nümayiş keçirilib
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Fransanın həmkarlar ittifaqlarının məlumatlarına görə, sentyabrın 23-də pensiya yaşı həddinin 60-dan 62 yaşa qaldırılması əleyhinə bütün ölkə ərazisində 2,9 milyon adam nümayiş keçirmişdir. Polis isə belə hesab edir ki, etiraz aksiyası keçirilənlərin ümumi sayı 1,1 milyondan çox olmamışdır.
Polisin məlumatına görə, Parisdə keçirilən nəhəng nümayişdə 65 min nəfər iştirak etmişdir. Həmkarlar ittifaqları isə belə hesab edir ki, bu nümayişlərdə 300 min nəfər iştirak etmişdir. "Frans Press"in məlumatına görə, Marseldə keçirilən nümayişlərdə iştirak edənlərin sayı polisin və həmkarlar ittifaqlarının məlumatlarına görə, müvafiq olaraq, 22 min və 220 min nəfər olmuşdur. Sentyabrın 23-də keçirilən nümayişlərdə 400 min nəfər iştirak etmişdir. Sentyabrın 7-də mitinqlərdə iştirak edənlərin sayı 2,5 milyon nəfərə yaxın olmuşdur.
Hakimiyyət dairələrinin rəsmi məlumatına görə, hadisələrin gedişi mitiqçilərin əhval-ruhiyyəsinin get-gedə aşağı enməsinə səbəb olur. Fransa prezidenti Nokalya Sarkozinin dediyinə görə, aparılan islahatlar ya mitinqçiləri narahat etmir, ya da onlar islahatları dəstəkləyirlər.
Xatırladırıq ki, Fransa parlamentinin aşağı palatası sentyabrın 15-də pensiyaçıların yaş həddinin qaldırılması haqda qanun layihəsini bəyənmişdir. Oktyabrın 5-də bu sənəd yuxarı palatanın müzakirəsinə çıxarılacaqdır. N.Sarkozi hökuməti qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, 70 milyon avro məbləğinə qənaət ediləcəkdir ki, bu da büdcə defsitinin ixtisarına səbəb olacaqdır.

Digər xəbərlər