PDF Oxu

Dünya

  • 670

Saakaşvili öz postunu abxaz, yaxud osetinə ötürməyə hazır olduğunu bildirir

Saakaşvili öz postunu abxaz, yaxud osetinə ötürməyə hazır olduğunu bildirir
Gürcüstan prezidenti Mixeil Saakaşvili BMT Baş Assambleyasının tribunasında çıxış edərkən, demişdir ki, o, respublikanın dövlət başçısı postunu hər hansı abxaza, yaxud osetinə ötürəcəyi "günü görmək arzusundadır". Onun fikrincə, hadisələrin bu ssenaridə inkişafı yalnız "Gürcüstanın birləşməsindən" sonra mümkündür. Söhbət Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın tərkibinə qaytarılmasından gedir. M.Saakaşvili fürsətdən istifadə edib BMT tribunasından Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edərək, onları "Rusiya işğalçıları ilə barışmamağa" çağırmışdır. O, ümid etdiyini bildirmişdir ki, Rusiyanın hakimiyyət dairələri nə vaxtsa öz ordularını bu regionlardan çıxarmağa razılıq verəcəkdir. Gürcüstan prezidenti Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan ölkələrə də müraciət edərək, qərarlarını dəyişməyə çağırmışdır.

Digər xəbərlər