PDF Oxu

Dünya

  • 719

Uqo Çaves Lukaşenkonu şənləndirib

Uqo Çaves Lukaşenkonu şənləndirib
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti Uqo Çaves Belarus həmkarı Aleksandr Lukaşenkoya qarşıdan gələn prezident seçkilərində qələbə arzulamışdır. O, bu bəyanatını teleefirdə apardığı verilişində vermişdir. "Aleksandr, eşitdim ki, seçkilərdə namizədliyini irəli sürmüsən. İrəli get, oğlan, möhkəm hücuma keç ki, sizdə müxalifət bizdəki kimi hakimiyyət kürsüsünü tuta bilməsin" deyə U.Çaves adi ifadələrlə bildirmişdir. Venesuela prezidentinin fikrincə, A.Lukaşenkonun yenidən prezident seçilməsi Venesuela və Belarus hökumətləri arasında müttəfiqlik münasibətlərinin qorunub saxlanmasına səbəb olacaqdır. A.Lukaşenko və U.Çaves bir neçə ildir ki, dostluq münasibətlərinə qoşulmuşlar. Belarus prezidenti bir neçə dəfə Venesuelaya, Venesuela prezidenti isə dəfələrlə Belarusa səfər etmişdir. Ölkələr arasında energetika və müdafiə sahəsində əməkdaşlıq əlaqələri qurulmuşdur. Rusiyadan neft almaq imtiyazından məhrum edilmiş Belarus son illər nefti Venesueladan alır. Yaxın günlərdə A.Lukaşenko doğum günü münasibətilə U.Çavesi təbrik etmiş və onu "nüfuzlu müdrik siyasətçi və milli maraqları inadla müdafiə edən inqilabçı" adlandırmışdır.

Digər xəbərlər