PDF Oxu

Dünya

  • 837

Əfqanıstanda taliblərin lideri ələ keçib

Əfqanıstanda taliblərin lideri ələ keçib
Almaniyanın "Şpigel" qəzetinin yazdığına görə, Bundesver KSK-nin (Kommando Şpezialkraefte) xüsusi xidmət dəstəsi Əfqanıstanın şimalında yerləşən Çahadərə əyalətində "Taliban"ın regional liderlərindən biri olan 50 yaşlı Mövləvi Rosxanı ələ keçirmişdir. Bu şəxsin başlıca vəzifəsi Qərb koalisiyası və əfqan ordusunun əsgərlərinə hücum etmək və terror aktları həyata keçirmək olmuşdur. M.Rosxan həm də silahlıların dini lideri olmuş və baş vermiş bir çox mübahisələrdə öz üzərinə hakim vəzifəsini götürdüyündən, ona "Taliban" hakimi" ləqəbi verilmişdir. Əməliyyat sentyabrın 20-nə keçən gecə atışmasız həyata keçirilmişdir. Əməliyyatdan əvvəl KSK döyüşçüləri bir neçə gün ərzində N.Rosxanın dəstəsinin hərəkət istiqamətini öz müşahidəsi altında saxlamış və onun telefon danışıqlarını dinləmişlər. Müşahidələr həm də pilotsuz uçan aparatlar vasitəsilə həyata keçirilmişdir. M.Roxsan ələ keçirildikdən sonra Əfqanıstanın ədliyyə nümayəndələrinə təhvil verilmişdir.

Digər xəbərlər