PDF Oxu

Dünya

  • 787

İsrail BMT-nin "Azadlıq Donanması" haqqındakı məruzəsini tənqid edib

İsrail BMT-nin "Azadlıq Donanması" haqqındakı məruzəsini tənqid edib
Sentyabrın 23-də "Qardian" qəzetinin yazdığına görə, İsrail nümayəndələri BMT-nin Beynəlxalq Komissiyasının "Azadlıq Donanması" haqda məruzəsini tənqid atəşinə tutmuşdur. İsrail Xarici İşlər Nazirliyinin əməkdaşı Endi Devisin verdiyi bəyanata görə, "Azadlıq Donanması" haqda təhqiqat başa çatmamış komissiya İsrailin üzərinə məsuliyyət yükü yükləmişdir. 56 səhifədən ibarət olan məruzə Britaniyanın hərbi cinayətlər üzrə mütəxəssisi Desmond de Silva, Trinadad və Tobaqo dövlətinin hakimi Karl Hands-Filips və qadın hüquqları ixtisasına yiyələnən Malayziya hüquqşünası Meri Şanti Dayriyamın rəhbərliyi ilə hazırlanmışdır. Ekspertlər İsrailin xüsusi xidmət dəstəsinin "Azadlıq Donanması" tərkibinə daxil olan Türkiyə gəmisinə soxulmasını beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etdiyini bəyan etmişlər. İsrail gəmi heyəti və sərnişinlərin yaşamaq və azadlıqla bağlı hüquqlarını pozmaqda və saxlanılanlara münasibətdə qeyri-humanist münasibətlərə yol verməkdə ittiham edilir. İsrail tərəfindən gəmi heyəti və sərnişinlərə güc tətbiq edilməsi ekspertlər tərəfindən "qeyri-proporsional" dəyər kimi qiymətləndirilmişdir. Beynəlxalq təhqiqatın aparılması üçün əsas verən insident 2010-cu ilin may ayının axırlarında "Azadlıq Donanması" tərkibində blokadada olan Qəzza bölgəsi humanitar yük aparan gəmilərdə baş vermişdir. İsrail tərəf bu cür yardımların yalnız "Qırmızı Xaç Cəmiyyəti" kanalları vasitəsilə edilməsini əsas gətirərək, gəmiləri yoxlamaq təşəbbüsündə bulunmuşdur. Türkiyə bayrağı altında üzən gəmi İsrailin xüsusi xidmət dəstəsinin hədəfinə çevrilmişdir. Əməliyyat nəticəsində gəminin 9 sərnişini öldürülmüşdür. "Azadlıq Donanması"nın bütün gəmiləri saxlanılmışdır. Türkiyəyə məxsus "Mavi Mərmərə" avqustda İsrail sahillərini tərk etmişdir. İsrail tərəf gəmilərdə Qəzza bölgəsinə silah keçirilməyə cəhd edildiyini bəyan etmişdir.

Digər xəbərlər