PDF Oxu

Dünya

  • 776

Vatikan Bankı maliyyə pozuntusunda şübhəli bilinir

Vatikan Bankı maliyyə pozuntusunda şübhəli bilinir
"ANSA" informasiya agentliyinin yaydığı məlumata görə, İtaliyanın hüquq-mühafizə orqanı əməkdaşları Vatikan Bankının rəhbərlərinə münasibətdə təhqiqata başlamışlar. Bankın başçısı Ettore Qotti Tedeski və bankın daha bir əməkdaşı çirkli pulların yuyulmasına qarşı mübarizədə qanunçuluq çərçivəsindən kənara çıxmışdır. Təhqiqatlar İtaliya Bankının təşəbbüsü ilə keçirilir. Sentyabrın 15-də İtaliya Bankı Vatikan Bankını qeyri-qanuni əməliyyat cəhdində ittiham etmişdir. Vatikan Bankında yerləşdirilmiş 23 milyon avro İtaliyanın kiçik "Cretito Artigiano" və "Banca de Ficino" banklarına, Almaniyanın "J.P.Morqan Frankfurt" bankına keçirilmişdir. Sentyabrın 21-də polis bu pullar üzərinə həbs qoymuşdur. Vatikan Bankı üzərinə 2007-ci ildə İtaliyada qəbul edilmiş bank fəaliyyətinin şəffaflığının təmin edilməsi qanununun pozulması ittihamı qoyulmuşdur. Hazırda istintaq əməliyyatların kimlər tərəfindən aparıldığını araşdırmaqdadır. "Frans Press"in məlumatına görə, rəsmi Vatikan üzərinə atılan şübhələrlə bağlı "narahatlıq və vahimə keçirdiyini" bildirmiş və müqəddəs tacın istintaqın apardığı işə etimadla yanaşdığın bəyan etmişdir.

Digər xəbərlər