PDF Oxu

Dünya

  • 778

İqtisadiyyat üzrə baş müşavir Obama administrasiyasını tərk edir

İqtisadiyyat üzrə baş müşavir Obama administrasiyasını tərk edir
"Frans Press" informasiya agentliyinin Ağ Evin mətbuat xidmətinin bəyanatına əsaslanaraq, yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obamanın iqtisadiyyat üzrə baş müşaviri Larri Sammers cari ilin axırlarında istefaya çıxacaqdır. Ölkənin Milli İqtisadiyyat Şurasına başçılıq edən L.Sammers B.Obama iqtisadi siyasətinin "baş memarı" hesab edilir. "Fox Nyus"un məlumatına görə, L.Sammers istefaya çıxmasının səbəbini Harvard Universitetində mühazirələr söyləmək istəməsi və iqtisadiyyat haqda fundamental əsər yazmaq istəməsi ilə əlaqələndirmişdir. ABŞ prezidenti L.Sammersin istefa qərarını şərh edərkən mütəxəssisin Milli İqtisadiyyat Şurasının başçısı vəzifəsində gördüyü işə yüksək qiymət vermiş və əmin olduğunu ifadə etmişdir ki, bundan sonra da, "onun məsləhətlərinə ehtiyacı olacağını" bildirmişdir. B.Obama dediklərinə onu da əlavə etmişdir ki, L.Sammers ABŞ prezidenti yanında təşkil edilmiş iqtisadiyyat müşavirləri qrupunun üzvü olmağa razılıq vermişdir. L.Sammersdən sonra Milli İqtisadiyyat Şurasına kimin başçılıq edəcəyi, hələlik, məlum deyil. Artıq L.Sammers iqtisadi blokun üç başlıca məmurundan biri kimi B.Obama administrasiyasını tərk etməyə hazırlaşır. İyulun axırlarında Ağ Evin büdcə idarəsi rəhbəri postunu tutmuş Piter Orzak istefaya çıxmışdır. Avqustun əvvəllərində isə Ağ Ev iqtisadiyyat müşavirləri qrupunun başçısı Kristina Romer tutduğu postu tərk etmişdir. K.Orzak istefasının səbəbini şərh etməsə də, K.Romer ailə vəziyyəti ilə əlaqədar istefaya çıxdığını bəyan etmişdir. Qeyri-rəsmi mənbələr K.Romerin istefasını L.Sammerslə konfliktlə əlaqələndirmişlər.

Digər xəbərlər