PDF Oxu

Dünya

  • 726

Corc Buş 100 min Fələstin qaçqınını qəbul etməyi vəd edibmiş

Corc Buş 100 min Fələstin qaçqınını qəbul etməyi vəd edibmiş
"Assoşieyted Press" informasiya agentliyinin İsrail mənbələrinə əsaslanaraq, yaydığı məlumata görə, 2008-ci ildə ABŞ prezidenti Corc Buş administrasiyası, İsrail və Fələstin tərəflərinin sülh müqaviləsi imzalayacaqları təqdirdə, 100 min Fələstin qaçqınına ABŞ vətəndaşlığı verməyi vəd edibmiş. Məlumatı agentliyə İsrailin keçmiş baş naziri Ehud Olmert vermişdir. E.Olmertin dediyinə görə, C.Buş bu vədini Cenevrənin təşəbbüs konfransında səsləndirmişdir. O vaxt Fələstin administrasiyası bu təklifi rədd etmişdi. Onlar belə hesab edirdilər ki, tezliklə E.Olmerti əvəz edəcək Binyamin Netaniyaqu müqavilənin mətnindən danışıqların bərpa edilməsinin start nöqtəsi kimi istifadə edə bilər. Ancaq B.Netaniyaqu baş nazir postunu tutduqdan sonra E.Olmertin bu planını diqqətdən kənar qoymuşdur. E.Olmert isə o vaxt Fələstin hökumətinin razılaşmanı imzalamağa hazır olmadığını bildirir. Onun dediyinə görə, C.Buş ondan sonra prezident postunu tutacaq Barak Obamanın Fələstin qaçqınları haqda onun qəbul etdiyi qərarı ləğv etməyəcəyini bildirmişdir. Xatırladırıq ki, 2008-ci ildən sonra Fələstin və İsrail hökumətləri arasında aparılan danışıqların yarımçıq qalması ucbatından son iki il ərzində qaçqın problemi gündəliyə gətirilməmişdir. Ancaq yarımçıq qalmış danışıqlar sentyabrın əvvəllərində davam etdirilmişdir. Fələstin Muxtariyyətini Mahmud Abbas, İsrail hökumətini isə Binyamin Netaniyaqu təmsil etmişdir. Danışıqlar sentyabrın 2-də Vaşinqtonda baş tutmuşdu. Tərəflər üçün qaranlıq qalan problem İordan çayının Qərb sahili və Yerusəlim məsələsidir. B.Obama ümid edir ki, tərəflər sülh danışıqlarını ilin axırlarında uğurla davam etdirəcəklər.

Digər xəbərlər