PDF Oxu

Dünya

  • 757

İsveç Pirat Partiyası parlament seçkilərində məğlubiyyətə uğrayıb

İsveç Pirat Partiyası parlament seçkilərində məğlubiyyətə uğrayıb
"Torrent Freak" qəzetinin yazdığına görə, İsveç Pirat Partiyası parlamentdə təmsil olunmaq hüququndan məhrum olub. İsveç Mərkəzi Seçki Komissiyasının məlumatına görə, piratlar dördfaizli baryeri aşmağa nail olmamışlar. Seçki məntəqələri qapandıqdan sonra məlum olmuşdur ki, parlamentə keçməyən partiyalar cəmi 1,4 faiz seçici səsi qazanmışlar. Pirat partiyası namizədlərinin məhz neçə faiz səs qazandıqları açıqlanmır. Bununla belə məlumatda bildirilir ki, Moskva vaxtı ilə saat 14-dək piratlar 0,85 faiz səs qazanmışdılar. Pirat partiyası ötənilki Avropa Parlamentinin yığıncaqlarında qazandıqları uğuru təkrar edə bilməmişdir. 2009-cu ildə onlar Avropa Birliyinin qanunverici orqanında 7 faiz seçici səsi qazanaraq, yığıncaqlarda 2 nəfərlə təmsil olunmuşdular. Xatırladırıq ki, 2010-cu ilin mayında bu partiya məşhur trekerdə xostinq xidməti göstərməyə nail olmuşdu. Sentyabrın ortalarında "Rusiya Pirat Partiyası" eyniadlı qurum yaratmaq qərarı qəbul etmişdir. Onların şüarı belə səslənir: "Xoşbəxt olun, hər bir şeyin surətini çıxarın!"

Digər xəbərlər